satellite   Azerspace-1: 11135 H 30000

Yeni reytinq və UNEC-in yeni uğuru

Yeni reytinq və UNEC-in yeni uğuru

“SCImago” reytinqi 2026-cı il üçün nəticələrini açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SCImago 2026” reytinqinə görə Azərbaycanda birincidir.

Universitetdən NTV-yə bildirilib ki, ümumilikdə 6 elmi istiqamət üzrə mövqeyini yaxşılaşdıran UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə”, “Biznes, menecment və mühasibat uçotu”, “Sosial elmlər”, “Enerji”, “Kompüter elmləri”, “Mühəndislik”, eləcə də “İncəsənət və humanitar elmlər” istiqamətləri üzrə Azərbaycanda liderdir.

Reytinqdə Azərbaycanın 10 universiteti yer alıb. İlk dəfə 2009-cu ildə cəmi 2 müəssisə ilə “SCImago”da iştirak edən Azərbaycan 2026-cı ildə artıq 13 müəssisə ilə təmsil olunub.

SCImago Institutions Rankings” universitetlərin, tədqiqat institutlarının və digər elmi təşkilatların elmi fəaliyyətini (50 faiz) innovasiya gücünü (30 faiz) və ictimai təsirini (20 faiz) ölçən beynəlxalq reytinq və analitik sistemdir.

Reytinqdə 5491 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 10 min 827 müəssisə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM