satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada baş verən torpaq sürüşmələrində 70 nəfər ölüb

Efiopiyada baş verən torpaq sürüşmələrində 70 nəfər ölüb

Efiopiyanın cənubunda baş verən güclü yağış bir sıra torpaq sürüşmələrinə səbəb olub. Hadisədə 70 nəfər ölüb, təxminən 50 nəfər itkin düşmüş hesab edilir.

NTV xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatlarına görə, torpaq sürüşmələri Qamo bölgəsində, Qaço Baba, Kamba və Bonke rayonlarında baş verib. Xilasedicilər bir nəfəri sağ çıxara biliblər.

Ölkədə hazırda yağışlı mövsüm davam edir, bu zaman tez-tez torpaq sürüşmələri və daşqınlar baş verir. İki il əvvəl ölkənin cənubunda baş verən torpaq sürüşməsi 229 nəfərin həyatına son qoyub. Son günlərdə güclü yağışlar digər Şərqi Afrika ölkələrinə də təsir edib. Qonşu Keniyada ötən cümə günü Nayrobidə yağan güclü yağış onlarla insanın ölümünə səbəb olub.

Bir sıra tədqiqat göstərir ki, son 20 ildə Şərqi Afrikada artan ekstremal quraqlıq və güclü yağışlar dövrü, ehtimal ki, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyi ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM