satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada xeyli sayda aviareys ləğv edilib

Almaniyada xeyli sayda aviareys ləğv edilib

Almaniyada pilotların həmkarlar ittifaqı təşkilatı (Kokpit ittifaqı) tərəfindən elan edilən tətil nəticəsində bu gün və sabah ölkə üzrə yüzlərlə aviareys həyata keçirilməyəcək.

NTV  “Zeit” nəşrinə istinadla xəbər verir ki, Frankfurt, Berlin və Düsseldorf hava limanlarının məlumat lövhələrində bir sıra reyslərin ləğv edildiyi bildirilib.

Şirkətin məlumatına görə, tətil səbəbindən uçuşları ləğv edilən sərnişinlər əvvəlcədən məlumatlandırılıblar. Bildiriş almayan sərnişinlərin uçuşlarının plan üzrə həyata keçirilməsi gözlənilir. Bununla belə, sərnişinlərə hava limanına getməzdən əvvəl uçuş vəziyyətini yoxlamaları tövsiyə olunur.

Tətilin əvvəlki aksiyadan daha məhdud olacağı gündə təxminən 300 uçuşun ləğvi gözlənilir. Fevralda keçirilmiş birgünlük tətil zamanı isə təxminən 800 reys ləğv edilmişdi.

Yaxın Şərqdəki müharibə ilə əlaqədar tətil bu regiona olan uçuşlara təsir etməyəcək. Bu səbəbdən Misir, Azərbaycan, İsrail, İordaniya, Qətər və digər ölkələrə reyslər plan üzrə həyata keçiriləcək. Məqsəd sərnişinlərin böhran bölgəsində çətin vəziyyətdə qalmamasını təmin etməkdir.

“Lufthansa” xüsusi uçuş cədvəli tətbiq edərək planlaşdırılmış proqramın 50 faizdən çoxunu həyata keçirməyi planlaşdırır. Uzunməsafəli reyslərin isə təxminən 60 faizinin yerinə yetiriləcəyi gözlənilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM