satellite   Azerspace-1: 11135 H 30000

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır

Yaxın Şərqdə fevralın 28-də başlayan münaqişə Hörmüz boğazından neft axınına ciddi mane olub. Hazırda boğazdan xam və emal olunmuş enerji məhsullarının ixrac həcmi münaqişədən əvvəlki səviyyənin 10 faizindən də aşağıdır.

NTV xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilir ki, hazırkı vəziyyət regiondakı operatorları hasilatı əhəmiyyətli dərəcədə dayandırmağa və ya məhdudlaşdırmağa məcbur edir. Hörmüz boğazından savayı neft axınları üçün isə seçimlər çox məhduddur. IEA Katibliyi qlobal neft-qaz bazarlarını yaxından izləməyə və lazım olduqda üzv ölkələrə tövsiyələr verməyə davam edəcək.

Xatırladaq ki, 2025-ci ildə Hörmüz boğazından gündəlik orta hesabla 20 milyon barel xam neft və neft məhsulları daşınıb. Bu göstərici də qlobal miqyasda dəniz yolu ilə neft ticarətinin təxminən 25 faizini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM