satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatları qadağan edəcək

Türkiyə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatları qadağan edəcək

Türkiyə bu il bioloji parçalanmayan və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların istifadəsini qadağan etməyi planlaşdırır.

NTV xəbər verir ki, qadağa ətraf mühitin qorunması ilə bağlıdır və birinci xanım Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” təşəbbüsünün bir hissəsidir.

Eyni zamanda, Türkiyə qanunvericiliyini Aİ-nin birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklər Direktivi ilə uyğunlaşdırmaq məqsədilə müvafiq qanunlara düzəlişlər hazırlanacaq.

Əhaliyə plastik əvəzinə ekoloji cəhətdən təmiz alternativlər - şüşə, çini, taxta və karton məmulatlar təklif olunacaq.

Qeyd etmək lazımdır ki, 2019-cu ildən bəri Türkiyə plastik torbalar üçün ödənişli sistem tətbiq edib. Bu, plastik tullantıları 3.090.586 ton azaltmağa imkan verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM