satellite   Azerspace-1: 11135 H 30000

“Baykar” Afrikada PUA istehsalına 250 milyon dollar sərmayə qoyacaq

“Baykar” Afrikada PUA istehsalına 250 milyon dollar sərmayə qoyacaq

Dünyanın ən böyük hücum dronları istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti Mərakeşdə istehsal müəssisələrinin yaradılması layihəsinə 250 milyon dollar sərmayə qoymağı planlaşdırır.

NTV “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Baykar”ın Afrika qitəsindəki ilk törəmə şirkəti bu il “Atlas Defense” adı altında fəaliyyətə başlayacaq.

Nəşrin məlumatına görə, “Atlas Defense” şirkətinin yaradılması ilə bağlı razılaşma 2024-cü ildə əldə edilib və ilk PUA-lar bu ilin sonuna qədər Mərakeşin Ben Sliman şəhərində konveyerdən çıxacaq. “Atlas Defense” şirkəti artıq işçilərin qəbuluna başlayıb.

Həmçinin Mərakeşdə “Bayraktar TB2” və “Akıncı” hücum PUA-ların istehsal edilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM