satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Çinlə sərhəddə yerləşən Dostık stansiyasını modernləşdirir

Qazaxıstan Çinlə sərhəddə yerləşən Dostık stansiyasını modernləşdirir

Qazaxıstan–Çin beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən Dostık və Alaşankou dəmir yolu stansiyaları iki ölkə arasında yük daşımalarını və Avrasiya istiqamətində tranziti təmin edən, bir-biri ilə əlaqəli strateji obyektlərdir.

NTV Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Cunqar darvazası rayonunda və Böyük İpək Yolunun tarixi marşrutu üzərində yerləşən Dostık stansiyası sərhədyanı yükdaşımaların sabit təşkil edilməsini təmin edir və iqtisadi-ticari əməkdaşlığın inkişafına töhfə verir. Çin tərəfdən Alaşankou stansiyası əsas qəbul qovşağı kimi çıxış edir və Qazaxıstan istiqaməti ilə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.

Hazırda Dostık stansiyasında infrastrukturun modernləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilir. Tıxacların qarşısını almaq və daşımaların fasiləsizliyini təmin etmək məqsədilə yüklərin qəbulu və yola salınması üçün yeni parkın tikintisi aparılır, həmçinin mövcud dəmir yolu xətlərinin ötürmə qabiliyyəti genişləndirilir.

Dostık və Alaşankou stansiyalarında infrastruktur layihələrinin həyata keçirilməsi tranzit potensialının daha da artmasına və Qazaxıstanın beynəlxalq nəqliyyat-logistika sistemində strateji rolunun möhkəmlənməsinə töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM