satellite   Azerspace-1: 11135 H 30000

Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirilib

Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirilib

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı - Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.

NTV xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM