Dörd ildir davam edən münaqişənin dayandırılması "təxirə salına bilməz", bu ərəfədə ABŞ isə Moskva və Kiyev arasında əldə olunması çətin görünən razılaşmada vasitəçilik etməyə çalışır.
NTV-nin "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Roma Papası XIV Leo bu gün bazar duasından sonra Müqəddəs Pyotr meydanında zəvvarlara ünvanlandığı ənənəvi həftəlik müraciəti zamanı bildirib.
"Hər kəsin şahidi olduğu dramatik vəziyyət qəlbimi yenidən parçalayır", - deyə Roma Papası qeyd edib.
Onun sözlərinə görə, həddindən artıq çox qurban var, çox sayda tale və ailə məhv edilib, həmçinin böyük dağıntılar və izahı mümkün olmayan əzablar yaşanır.
