satellite   Azerspace-1: 11135 H 30000

Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkarlanıb

Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkarlanıb

Liviya və Yunanıstanın Aralıq dənizi sahilində səkkiz miqrantın meyiti aşkar edilib.

NTV "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Liviya polisi ölkənin paytaxtı Tripoli yaxınlığında sahilyanı ərazidə beş nəfərin meyitini tapıb. Onlardan ikisi qadındır.

Meyitlər Tripolinin qərbindəki Zuvara şəhəri sahillərində rezin qayığın batmasından bir neçə həftə sonra aşkarlanıb. Həmin hadisə nəticəsində 53 miqrant həlak olub və ya itkin düşüb. Ölənlərdən ikisi körpə olub.

Yunanıstan hakimiyyəti miqrantları daşıyan taxta qayığın batması nəticəsində Krit sahillərində üç nəfərin həlak olduğunu bildirib. Onların əksəriyyəti Sudan və Misir vətəndaşlarıdır.

Qeyd olunub ki, hər iki halda ölü sayı arta bilər.

Hər il minlərlə insan Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya qapı sayılan Krit adasına keçməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2025-ci ildə Avropada sığınacaq axtaran 16 770-dən çox insan Kritə keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM