satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur

Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur

Moskva diplomatiyanı deyil, zərbələri maliyyələşdirməyə davam edir.

NTV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi kütləvi zərbələri bu cür şərh edib.

"Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir. Ukraynaya təxminən 300 zərbə dronu və 50 müxtəlif tipli raket atılıb.

Kiyev və bölgəyə, Dnepr vilayətinə, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı vilayətlərinə zərbələr endirilib. Təəssüf ki, Fastov rayonunda zərbə nəticəsində bir nəfər həlak olub, bir uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb. Zərbənin əsas hədəfi energetika olub, həmçinin yaşayış binalarına ziyan dəyib, dəmir yolunda zədələnmələr var", - o, "Telegram" kanalında yazıb.

Zelenski bir daha Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, Rusiya yalnız bir həftə ərzində ölkə ərazisinə 1300-dən çox zərbə PUA-sı, 1400-dən çox aviasiya bombası və 96 raketlə hücum edib.

"Məhz buna görə biz HHM-i gücləndirməliyik. Ballistikaya qarşı effektiv işləyən sistemlər lazımdır. PURL vasitəsilə HHM raketlərinin alınmasında və öz tədarükləri ilə bizə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm. Hər bir belə raket kritik infrastrukturu qoruyur və həyatın normallığını saxlayır", - Ukrayna Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM