satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada silahlıların hücumu nəticəsində 38 nəfər öldürülüb

Nigeriyada silahlıların hücumu nəticəsində 38 nəfər öldürülüb

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

NTV yerli mediaya istinadla xəbər verir ki, bu barədə şənbə günü polis və yerli rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu halları artıb. Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücum edir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonra yandırırlar.

Qeyd olunur ki, silahlı quldur dəstələri yaxınlıqdakı meşələrdə gizlənirlər.

Nigeriyada ekstremist qrupların hücumları nəticəsində 2009-cu ildən bəri 40 mindən çox insan həlak olub və iki milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

10:32 22.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM