Yəmənin Ədən liman şəhərindən 70 dəniz mili cənub-qərbdə motorlu qayıq gəmiyə yaxınlaşdıqdan sonra atışma baş verib.
NTV-nin məlumatına görə, bu barədə Böyük Britaniya HDQ yanında Dəniz Ticarət Əməliyyatlarının Əlaqələndirmə Mərkəzinin (UKMTO) saytında bildirilib.
"UKMTO Yəmənin Ədən şəhərindən 70 dəniz mili cənub-qərbdə baş vermiş insident barədə məlumat alıb. Göyərtəsində beş nəfərin olduğu ağ qayıq gəmiyə yaxınlaşıb. Bundan sonra atışma olub. Həmin ərazidə daha iki qayığın olması barədə məlumat verilib", - məlumatda qeyd olunub.
