Qırğızıstanda prezident seçkiləri 24 yanvar 2027-ci il tarixinə təyin edilib. Bu qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunub.
NTV TASS-a istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi bildirib: “Qırğız Respublikasında növbəti prezident seçkiləri “Qırğız Respublikası Prezidentinin və Qırğız Respublikası Yoqorqu Keneşinin deputatlarının seçkiləri haqqında” Qırğız Respublikası Konstitusiya Qanununun 10-cu fəslinə uyğun olaraq 2027-ci il yanvarın dördüncü bazar günü (24 yanvar 2027-ci il) keçiriləcək. Tarix Yoqorqu Keneş (parlament) tərəfindən seçki günündən ən gec dörd ay əvvəl (24 sentyabr 2026-cı il tarixindən gec olmayaraq) təyin edilməlidir”.
