satellite   Azerspace-1: 11135 H 30000

Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır

Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır

Yeni Dehlidə keçiriləcək India AI Impact Sammitində BMT-nin Hindistanda və digər inkişaf etməkdə olan ölkələrdə təşviq etdiyi təşəbbüslər barədə məlumat veriləcək.

NTV xəbər verir ki, sammit Qlobal Cənubda ilk belə tədbir olacaq. 2023-cü ildə Böyük Britaniyada keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitinin və 2025-ci ildə Fransanın ev sahibi olduğu Süni İntellekt sahəsində Fəaliyyət Sammitinin davamı hesab edilən Forumda siyasətçilərin, texnologiya şirkətlərinin, innovatorların və mütəxəssislərin iştirakı gözlənilir.

Əsas müzakirə mövzusu süni intellektin idarəetmə, innovasiya və davamlı inkişafdakı rolu olacaq.

Sammit çərçivəsində BMT agentlikləri tərəfindən süni intellektdən sosial rifah üçün istifadəni nümayiş etdirən bir sıra tədbirlər keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM