Ciddi yanacaq böhranı olan Kubanın paytaxtındakı neft emalı zavodunda yanğın baş verib.
NTV xəbər verir ki, Niko Lopez neft emalı zavodunda yayılan tüstü şəhərin uzaq məhəllələrindən də görünüb. Lakin tüstünün intensivliyi qısa müddət sonra azalıb. Enerji Nazirliyi yanğının qısa müddətdə nəzarət altına alındığını bildirib. Yanğının müəssisənin işinə təsiri barədə məlumat verilmir.
