satellite   Azerspace-1: 11135 H 30000

Çindən Azərbaycana göndərilən bağlamalarda gecikmələr ola bilər

Çindən Azərbaycana göndərilən bağlamalarda gecikmələr ola bilər

Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər.

NTV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Məlumata əsasən, Çin Xalq Respublikasında bayram günləri ilə əlaqədar olaraq fevralın 15-dən 23-dək rəsmi qeyri-iş günləridir.

“Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Buna görə də, bağlamaların ölkəmizə göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir. İstifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almaları tövsiyə olunur”, - deyə İKTA-nın məlumatında qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
61 İLLİK SƏADƏT - VİDEO

18:36 13.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM