satellite   Azerspace-1: 11135 H 30000

Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb

Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb

Belçika polisi cümə axşamı günü Brüsseldə Avropa Komissiyasının binalarında bir sıra axtarışlar aparıb.

NTV xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb. Qəzetin verdiyi xəbərə görə, əməliyyat 2024-cü ildə Avropa İttifaqının (Aİ) daşınmaz əmlakının satışları zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqın bir hissəsi kimi həyata keçirilib.

İstintaq Belçikanın suveren rifah fondu - SFPIM tərəfindən 900 milyon avroya alınmış 23 bina ilə bağlıdır. O zaman Avropa Komissiyası satışın Aİ-nin maliyyə qaydalarına uyğun olaraq həyata keçirildiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM