satellite   Azerspace-1: 11135 H 30000

Mixeil Kavelaşvili: Mövcud geosiyasi şərait Orta Dəhlizin əhəmiyyətini daha da artırıb

Mixeil Kavelaşvili: Mövcud geosiyasi şərait Orta Dəhlizin əhəmiyyətini daha da artırıb

Mövcud geosiyasi şərait Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb və Gürcüstan bu dəhlizin təhlükəsiz, effektiv və dayanıqlı fəaliyyəti üçün bütün imkanlarını səfərbər edir.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Xorvatiya Prezidenti Zoran Milanoviç ilə keçirdiyi birgə brifinqdə bildirib.

Kavelaşvilinin sözlərinə görə, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifaha əsaslanan siyasət dəyişməzdir və ölkənin Cənubi Qafqazda uzun illərdir yürütdüyü sülhməramlı xətt bunu açıq şəkildə sübut edir.

Prezident vurğulayıb ki, Gürcüstan Orta Dəhlizin mühüm qovşaqlarından biri kimi Balkan ölkələri ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafını prioritet hesab edir. Mixeil Kavelaşvili əlavə edib ki, Gürcüstan Xorvatiya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu əməkdaşlıq Cənubi Qafqazla Balkan regionlarının yaxınlaşmasına töhfə verə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM