Almaniya hökuməti Silahlı Qüvvələrin (Bundesver) baş inspektoru general Karsten Broyerin NATO-nun Hərbi Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb.
NTV Almaniyanın “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius məlumat verib.
Karsten Broyerin mükəmməl namizəd olduğunu vurğulayan B.Pistorius generalın son illər Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
NATO-nun Hərbi Komitəsi Alyansın ən yüksək hərbi instansiyası hesab olunur. Komitənin sədri vəzifəsinə seçkilər sentyabrda keçiriləcək. Hazırda bu vəzifəni italiyalı admiral Kavo Draqone tutur.
