satellite   Azerspace-1: 11135 H 30000

Tramp və Starmer ABŞ-ın Dieqo Qarsiya adasındakı hərbi bazası ilə bağlı danışıb

Tramp və Starmer ABŞ-ın Dieqo Qarsiya adasındakı hərbi bazası ilə bağlı danışıb

Prezident Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ABŞ-ın Dieqo Qarsiya adasındakı hərbi bazası ilə bağlı danışıb.

NTV -nin məlumatına görə, bu barədə “Truth” sosial mediasında yazan ABŞ Prezidenti Hind okeanının ortasında strateji mövqedə yerləşən bu hərbi bazanın ABŞ-ın milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Dünyanın ən güclü hərbi qüvvələrinə sahibik. Son bir il ərzində hərbi əməliyyatlarımız döyüşçülərimizin gücü, avadanlıqlarımızın müasir imkanları və ən əsası, hərbi bazalarımızın strateji yerləşməsi və digər səbəblər səbəbindən uğurlu olub. Baş nazir Starmerin əldə edə biləcəyi ən yaxşı müqaviləni bağladığını başa düşürəm. Lakin əgər icarə müqaviləsi gələcəkdə pozularsa və ya kimsə bizim bazamızdakı ABŞ əməliyyatlarını və qüvvələrini təhdid edərsə və ya təhlükə altına qoyarsa, Dieqo Qarsiyadakı Amerika varlığını hərbi cəhətdən təmin etmək və gücləndirmək hüququmu özümdə saxlayıram”,- deyə Tramp əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM