satellite   Azerspace-1: 11135 H 30000

Geosiyasi amillərin neft bazarına təsiri davam edir

Geosiyasi amillərin neft bazarına təsiri davam edir

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçının bəyanatından sonra iki gün davam edən neftin qiymətindəki bahalaşmanı 1 faiz ucuzlaşma əvəz etdi və neftin bir bareli 64 dollara düşdü.

NTV xəbər verir ki, rəsmi Tehran ABŞ-ın danışıqlar təklifini qəbul edərək tərəflərin görüş yerini Türkiyə deyil Oman olmasını istədi ki, bunu da qarşı tərəf qəbul etdi.

Son 10 gün ərzində gərginlik gözləntisində olan treyderlər hərbi münaqişə ehtimalının azaldığını görərək qiymətləri endirmək məcburiyyətində qaldılar. Lakin ABŞ-ın “Axios” portalı fevralın 6-da Omanda nəzərdə tutulan ABŞ-İran görüşünün təxirə salındığını yazdıqdan sonra “Brent” markalı neftin qiyməti 1 dollar bahalaşdı. Portal yazır ki, İran görüşdə digər Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirak etməsini istəmir və təklif edir ki, danışıqlar yalnız ABŞ və İran arasında keçirilsin. Bununla yanaşı, rəsmi Tehran raket proqramını və Yaxın Şərq dövlətlərində fəaliyyət göstərən proksi qrupları ləğv etməyəcəyini bildirib. ABŞ-ın bu tələbləri İranın qırmızı xəttidir. Vaşinqton diplomatik limitin tükənmədiyini bəyan etdikdən sonra bazar sakitləşdi və qiymətlər dəyişmədi.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,4 dollar azalaraq 68,06 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,33 dollar azalaraq 63,81 dollar təşkil edib.

“Reuters” agentliyinin məlumatına əsasən, dekabrda ABŞ Venesueladan sutkada 498 min barel neft çıxarırdısa yanvarda bu rəqəm 800 min barelə çatıb ki, bu da dünya bazarında təklifi artırıb və bahalaşmanın qarşısı nisbətən alınıb. Lakin yaxın gələcəkdə Venesueladan daha çox həcmdə neft çıxarılması planlaşdırılıb. Agentliyin analitikləri hesab edirlər ki, bazar hələ də geosiyasi təsirlərin altında fəaliyyətini davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM