Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ərazilərini Rusiyaya aid hesab etmək üçün edilən istənilən cəhd heç bir əhəmiyyət daşımayacaq, çünki ölkənin taleyi ilə bağlı qərarları yalnız Ukraynanın özü qəbul edə bilər.
NTV-nin Ukrayna KİV-inə istinadən məlumatına görə, Zelenski bunu Kiyevdə Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.
"Hətta kimsə bizim ərazilərimizi Rusiya ərazisi kimi tanısa belə - bu heç nə verməyəcək. Birincisi, mənim polşalı həmkarımın dediyi kimi hamı tanımayacaq, ikincisi isə Ukraynada sənədləri imzalayan Ukrayna Prezidenti var. Müvafiq vacib sənədləri Ukrayna əvəzinə digər liderlər imzalamır. Buna görə də ərazilərimiz - müvəqqəti olaraq işğal olunmuş statusda olmasına baxmayaraq - bizim ərazilərimizdir", - V.Zelenski deyib.
