satellite   Azerspace-1: 11135 H 30000

Kobaxidze: Gürcüstanda investisiya və iqtisadi fəaliyyət üçün bütün zəruri şərait yaradılıb

Kobaxidze: Gürcüstanda investisiya və iqtisadi fəaliyyət üçün bütün zəruri şərait yaradılıb

Gürcüstanda investisiya və biznes fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli iqtisadi mühit mövcuddur və hökumət bu prosesi gələcəkdə də fəal şəkildə dəstəkləyəcək.

NTV xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Dubayda gürcü jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə biznes üçün uyğun qanunvericilik bazası, aşağı vergi yükü və sadə bürokratik prosedurlar mövcuddur.

İ.Kobaxidze bildirib ki, Gürcüstan müxtəlif beynəlxalq reytinqlərdə, o cümlədən korrupsiyadan azadlıq və biznes mühiti üzrə yüksək mövqelərə malikdir.

"Demək olar ki, bütün obyektiv beynəlxalq qiymətləndirmələrdə Gürcüstan çox yüksək yerlərdə qərarlaşıb. Ölkəmizdə heç bir maneə olmadan biznes qurmaq və iqtisadi fəaliyyət göstərmək mümkündür", - deyə o əlavə edib.

Baş nazir vurğulayıb ki, Gürcüstan iqtisadi artım tempinə görə Avropada lider mövqedədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM