satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Aİ postsovet ölkələrini seçim qarşısında qoyur

Lavrov: Aİ postsovet ölkələrini seçim qarşısında qoyur

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Avropa İttifaqı (Aİ) postsovet ölkələrini daim "ya bizimlə, ya da onlarla" seçimi qarşısında qoyur.

NTV Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlarda bildirib.

"Aİ-dən olan həmkarlara gəlincə, onlar müvafiq ölkəni daim seçim qarşısında qoyurlar: "Ya bizimlə, ya da onlarla". Bu, onların 20 ildən artıqdır ki, postsovet ölkələrinə məntiqi yanaşmasıdır", - Rusiya XİN rəhbəri deyib.

"Çox ümid edirəm ki, Ermənistanda bunun arxasında nəyin dayandığını gözəl başa düşürlər", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM