Qazaxıstanda orqan transplantasiyasına ehtiyacı olan şəxslərin sayı 4 min 506 nəfərə çatıb.
NTV Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən il Qazaxıstanda 68 həyati vacib orqan transplantasiyası icra edilib. Donor çatışmazlığı səbəbindən 342 xəstə lazımi orqanı ala bilməyib.
Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyi donorluq sisteminə olan etimadı artırmaq və mütəxəssis hazırlığını gücləndirmək üçün tədbirlər görür.
