satellite   Azerspace-1: 11135 H 30000

Xosep Qvardiola “Mançester Siti”dən ayrılır

Xosep Qvardiola “Mançester Siti”dən ayrılır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda İngiltərə klubundan ayrıla bilər.

NTV  BBC-yə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis yekun qərarını mövsümün sonlarına yaxın açıqlayacaq.

İddiaya görə, o, ilkin qərarını dəyişib klubda qalsa belə, 2027-ci ilin yayında başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmayacaq.

"Mançester Siti" İngiltərə Premyer Liqasında 24 turdan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda, həmçinin Çempionlar Liqasında 1/8, İngiltərə Kubokunda 1/16, Liqa Kubokunda (FA Cup) isə finala yüksəlib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Onun rəhbərliyi altında komanda Premyer Liqanın, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM