“İranın ali lideri Ayətullah Əli Xameneyi ABŞ-ın Yaxın Şərqdə hərbi gücünün artırılmasından çox narahat olmalıdır".
NTV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində deyib.
O, həmçinin İrana nüvə proqramını yenidən başlatmağa çalışmamaq barədə xəbərdarlıq edib.
“Bu ölkədə hazırda bizim ucbatımızdan vəziyyət qarışıqdır. Biz onların nüvə silahını məhv etdik. Əgər biz həmin nüvə silahını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı", -deyə Tramp əlavə edib.
