Meşə yanğınlarından yaranan tüstü 2006-2024-cü illərdə hər il 24 min ABŞ vətəndaşının həyatına son qoyub.
NTV xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc edilmiş elmi məqalədə deyilir.
Məqalə müəlliflərinin fikrincə, meşə yanğınları ciddi ictimai səhiyyə problemi yaradır. Son dövrlərdə müşahidə edilən iqlim dəyişiklikləri isə bu yanğınların intensivliyini artırır. Bununla belə, tüstünün insan sağlanmlığına uzunmüddətli təsiri hələ tam öyrənilməyib.
Tədqiqatçılar problemin həllinin bir yolu kimi yaşıl enerjiyə keçidin sürətlənməsini tövsiyə ediblər.
