satellite   Azerspace-1: 11135 H 30000

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.

NTV xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə heabında paylaşım edib.

O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.

"Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM