satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Federal Gömrük Xidməti Azərbaycanla sertifikatların elektron mübadiləsini hazırlayır

Rusiya Federal Gömrük Xidməti Azərbaycanla sertifikatların elektron mübadiləsini hazırlayır

Rusiya Federal Gömrük Xidməti elektron mənşə sertifikatları (“ST-1” forması) ilə bağlı Azərbaycanın səlahiyyətli orqanı ilə məlumat mübadiləsinə hazırlaşır.

NTV xəbər verir ki, bu, iki ölkə hökumətləri arasında tarif güzəştlərinin alınması üçün istifadə edilən malların mənşə sertifikatlaşdırılması üzrə elektron sistemlərin qarşılıqlı istifadəsi haqqında protokolda nəzərdə tutulub. Yeni sistem orijinal kağız nüsxələrinin təqdim edilməsinə ehtiyac olmadan sertifikatların verilməsinə və onların düzgün doldurulmasına gömrük nəzarətini təmin etmək məqsədilə nəzərdə tutulub.

İnformasiya sistemləri arasında qarşılıqlı əlaqəyə hazırlıq çərçivəsində mal bəyannaməsinin 44-cü sütununun doldurulması qaydaları müəyyən edilib.

Elektron mübadilənin başlama tarixi haqqında məlumat əlavə olaraq dərc ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM