Cari ildə Polşadan ilk Amerika mayeləşdirilmiş təbii qazı (LNG) Ukraynaya çatdırılıb. Tədarükün həcmi təxminən 100 milyon kubmetrdir.
LNG tədarükü Polşanın dövlətə məxsus ORLEN şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil edilib.
Bəyanatda deyilir: “Yanvar ayının sonunda Polşanın Svinoujście şəhərindəki terminala təxminən 100 milyon kubmetr LNG çatdırılıb və artıq Ukraynanın qazötürmə sisteminə daxil olub”.
Şirkətin məlumatına görə, bu həcm qışda təxminən 700 min ailəni bir ay qazla təmin etmək üçün kifayətdir.
LNG tankeri 20 gün yolda olub. Təkrar qazlaşdırmadan sonra bu resurs artıq Ukrayna istehlakçıları üçün əlçatandır.
Proqnozlara görə, Amerikanın Ukraynaya LNG tədarükü 2026-cı ildə 1 milyard kubmetrə çata bilər ki, bu da müharibə dövründə ölkənin enerji sisteminin sabit işləməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək.
