Qırğızıstanın İssık-Kul bölgəsində ilk külək elektrik stansiyası enerji istehsalına başlayıb.
NTV Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaşıl Stansiyalar Assosiasiyasının rəhbəri Kundus Kurbaşeva öz sosial hesabında məlumat verib. Onun sözlərinə görə, layihəni yerli şirkət həyata keçirir və investisiya məbləği 100 milyon dollar təşkil edir.
Bildirilib ki, stansiya iki mərhələdə tikilir. 2030-cu ilə qədər külək enerjisinin qlobal gücü artacaq və enerji saxlama sistemləri ilə daha etibarlı olacaq.
