Yeni Zelandiyanın Kermadek adalarında 6,2 bal gücündə zəlzələ baş verib.
NTV xəbər verir ki, bu barədə Alman Geoelmlər Araşdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, ocağı 10 kilometr dərinlikdə olan zəlzələnin episentrinin əvvəlcə 29,68 dərəcə cənub enliyində və 178,63 dərəcə qərb uzunluğunda olduğu müəyyən edilib.
