satellite   Azerspace-1: 11135 H 30000

Media: Avropa Komissiyası bu gün Rusiya əleyhinə 20-ci sanksiya paketini təqdim edəcək

Media: Avropa Komissiyası bu gün Rusiya əleyhinə 20-ci sanksiya paketini təqdim edəcək

Avropa Komissiyası bu gün Rusiyaya qarşı 20-ci sanksiyalar paketini Avropa İttifaqı səfirlərinə təqdim edəcək.

NTV xəbər verir ki, “Euractiv” nəşri bu barədə avropalı diplomata istinadla məlumat yayıb.

Məlumata görə, sanksiyalar paketinə kölgə donanması üçün dəniz xidmətlərinin tamamilə qadağan edilməsi, eləcə də Rusiyaya lüks malların ixracına və oradan gübrə idxalına daha sərt məhdudiyyətlər daxil ola bilər.

Bloomberg agentliyi isə öz növbəsində Avropa İttifaqının üzv dövlətlərə Rusiyadan platin, mis, iridium və rodium almağı qadağan edəcəyini və bunun 20-ci sanksiya paketində əks olunacağını bildirib.

Qeyd edək ki, Avropa Komissiyası əvvəllər 20-ci sanksiya paketinin məzmunu ilə bağlı şərh vermədən onu 2026-cı il fevralın 24-dək təsdiqləməyi planlaşdırdığını vurğulamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM