satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan “Turkish Airlines” ilə əməkdaşlığı genişləndirir

Qazaxıstan “Turkish Airlines” ilə əməkdaşlığı genişləndirir

Qazaxıstanın “KazMunayQaz-Aero” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Türkiyənin “Turkish Airlines” aviaşirkəti ilə Almatı aeroportunda təyyarələrin “qanaddan” yanacaq doldurulması üzrə müqavilə imzalayıb. Sənəd aviaşirkətin həm sərnişin, həm də yük (karqo) reyslərinə xidmət göstərilməsini nəzərdə tutur.

NTV  “KazMunayQaz-Aero” Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatına istinadla xəbər verir ki, əldə edilən razılaşmalar Qazaxıstanda beynəlxalq hava daşıyıcıları üçün reaktiv yanacaq qiymətlərinin sistematik şəkildə endirilməsi, eləcə də Almatı Hava Limanı və onun ixtisaslaşmış operatoru “KazMunayQaz-Aero” şirkətinin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olub.

“Turkish Airlines” aviaşirkətinin Almatı Hava Limanı vasitəsilə yük reyslərinin sayını artırmaq qərarı yük həcmlərini artıracaq və aeroportun əsas beynəlxalq aviasiya və logistika mərkəzi kimi rolunu gücləndirəcək.

Türkiyənin milli aviaşirkəti 131 ölkəyə müntəzəm uçuşlar həyata keçirir. Onun yük bölməsi olan “Turkish Cargo” isə dünya miqyasında 340-dan çox istiqamətə xidmət göstərən qlobal liderdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM