İtaliyanın Palermo şəhərində plastik tullantıların emalı zavodunda güclü yanğın baş verib.
NTV İtaliyanın Adnkronos agentliyinə istinadla xəbər verir ki, alov zavodun açıq sahədəki tullantı yığınlarını sürətlə bürüyərək minlərlə kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunsa da, yanğının söndürülməsi istiqamətində əməliyyatlar hələ də davam edir.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
