satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiya Prezidenti Donald Trampı ölkəsinə dəvət edib

Kolumbiya Prezidenti Donald Trampı ölkəsinə dəvət edib

Kolumbiya Prezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampı ölkəsinə səfərə dəvət edib.

NTV xəbər verir ki, Kolumbiyanın dövlət başçısı bu barədə Vaşinqtonda ABŞ Prezidenti ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Mən onu yaşamaq üçün gözəl yer olan Kartaxena şəhərinə dəvət etdim”, - deyə Cənubi Amerika ölkəsinin lideri bildirib.

Donald Tramp isə görüşdən sonra Qustavo Petro ilə “yaxşı yola getdiyini” və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə barədə razılığa gəldiklərini vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyi Qustavo Petroya, onun həyat yoldaşına və oğluna qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb. Donald Trampın iddialarına görə, Kolumbiya və Meksika tamamilə narkokartellərin nəzarəti altındadır. Birləşmiş Ştatların dövlət başçısı kolumbiyalı həmkarını “quldur və pis insan” adlandırıb və ona qarşı “ciddi tədbirlər” görəcəyi ilə hədələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM