satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan və Pakistan illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qazaxıstan və Pakistan illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qazaxıstan və Pakistan ortamüddətli perspektivdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq niyyətindədir.

NTV-nin məlumatına görə, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi bildirib.

Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı gələcək addımlar İslamabadda Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və Pakistanın ticarət naziri Cam Kamal Xan arasında keçirilən ikitərəfli görüşdə müzakirə olunub.

2025-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 105,6 milyon dollara çatıb.

"Qazaxıstan yüksək ixrac potensialına malik konkret sektorlara, o cümlədən aqrar-sənaye kompleksi, yeyinti sənayesi, kimya və neft-kimya, metallurgiya, maşınqayırma və əczaçılıq sahələrinə diqqət yetirməyi təklif edib. Qarşıya qoyulmuş tapşırıqların praktiki icrası üçün "QazTrade" və Pakistanın TDAP agentliyi əsas operatorlar seçilib. Onlar biznesin dəstəklənməsi və birbaşa B2B əlaqələrinin inkişafı ilə məşğul olacaqlar", - məlumatda vurğulanır.

Pakistan tərəfi isə Qazaxıstanla əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, respublika Mərkəzi Asiyanın ən iri iqtisadiyyatı və Pakistanın regiondakı əsas ixrac bazarıdır.

Məlumatda qeyd olunur ki, danışıqların sonunda tərəflər razılaşmaları və onların icra mexanizmlərini təsbit edən protokol imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM