ənubi Afrikanın Meyerton şəhəri yaxınlığında minibusun atəşə tutulması nəticəsində 6 Lesoto vətəndaşı həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı yerli polis açıqlama yayıb.
Polisdən bildirilib ki, hücum heç bir səbəb olmadan həyata keçirilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı 3 şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
