satellite   Azerspace-1: 11135 H 30000

Ağ Ev İranla Omanda danışıqlar aparmağa razılıq verib

Ağ Ev İranla Omanda danışıqlar aparmağa razılıq verib

ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir.

NTV-nin məlumatına görə, bu barədə Amerikanın "Axios" internet portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Ərəb dövlətlərindən birindəki mənbəsinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir.

Belə ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İran tərəfinin danışıqların Türkiyədə olmaması barə xahişinə razılıq verib. Jurnalistin əlavə etdiyi kimi, ərəb və müsəlman dövlətlərinin Omandakı danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM