satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Antarktidada pinqvinlər yox olma təhlükəsi ilə üz-üzədir

Qərbi Antarktidada pinqvinlər yox olma təhlükəsi ilə üz-üzədir

NTV xəbər verir ki, yeni elmi araşdırma göstərir ki, 2012–2022-ci illər arasında Qərbi Antarktida bölgəsində orta temperatur üç dərəcə yüksəlib və bu, pinqvinlərin həyatına təsir edib. Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi və intensiv balıqçılıq nəticəsində iki növ – Adeli pinqvini və Çənəqayışı pinqvini əsrin sonuna qədər məhv ola bilər.

Tədqiqatda qeyd olunur ki, Adeli, Çənəqayışı və At pinqvinləri on il əvvələ nisbətən təxminən iki həftə daha tez yuvalamağa başlayırlar. Oksford Universitetinin bioloqu İqnasiо Xuares Martines bildirir ki, pinqvinlər çoxalma vaxtını rekord sürətlə dəyişir və bu göstərici digər onurğalı heyvanlarla müqayisədə misilsizdir. Problemin əsas səbəbi odur ki, balaların böyüdülməsi üçün ən uyğun qida dövrü ilə yuvalama vaxtı üst-üstə düşməlidir.

Əvvəllər fərqli vaxtlarda çoxalan bu növlər indi eyni dövrdə qida – əsasən krill uğrunda rəqabət aparır. At pinqvinlərinin daha aqressiv və çevik olması digər növləri çətin vəziyyətə salır. Alimlər xəbərdarlıq edirlər ki, buz örtüyünün azalması, fitoplanktonun vaxtından əvvəl artması və kommersiya balıqçılığı bu prosesi daha da sürətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM