satellite   Azerspace-1: 11135 H 30000

Qış aylarında musiqi dinləmək stresdən qorunmaq üçün effektiv vasitə hesab olunur

Qış aylarında musiqi dinləmək stresdən qorunmaq üçün effektiv vasitə hesab olunur

Soyuq hava şəraiti insan psixologiyasına və ümumi əhvali-ruhiyyəyə birbaşa təsir göstərir. Psixoloq və nevroloqların fikrincə, qış aylarında musiqi dinləmək həm orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır, həm də stresdən qorunmada böyük rol oynayır.

NTV xarici saytlara istinadla xəbər verir ki, soyuq havada günəş işığının azalması nəticəsində bəzi insanlarda halsızlıq, motivasiya itkisi və mövsümi depressiya əlamətləri müşahidə olunur. Bu zaman düzgün seçilmiş musiqi beyində “xoşbəxtlik hormonu” kimi tanınan serotonin və dopaminin ifrazını artıra bilər.

Psixoloqlar, xüsusilə sakit, melodik və ya insanın müsbət xatirələri ilə əlaqələndirdiyi musiqiləri tövsiyə edirlər. Klassik musiqi, caz və yüngül instrumental janrların soyuq havalarda rahatladıcı təsir göstərdiyi qeyd olunur. Eyni zamanda, enerjili ritmlərə malik musiqilər səhər saatlarında motivasiyanı artırmaq üçün faydalı sayılır.

Mütəxəssislər musiqini qış mövsümündə həm psixoloji rahatlıq, həm də gündəlik stresdən uzaqlaşmaq üçün effektiv vasitə kimi qiymətləndirir və insanlara musiqini həyatlarının müsbət bir hissəsinə çevirməyi tövsiyə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM