satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə inflyasiya son 50 ayın minimum səviyyəsinə enib

Türkiyədə inflyasiya son 50 ayın minimum səviyyəsinə enib

Türkiyədə illik inflyasiya göstəricisi son 50 ayın minimum səviyyəsinə düşüb.

NTV  bu barədə Türkiyə Statistika İdarəsinin (TÜİK) fevralın 3-də açıqladığı cari ilin yanvar ayı üzrə qiymət artımı göstəricilərinə istinadla xəbər verir.

TÜİK-in məlumatına əsasən, 2026-cı ilin yanvar ayının yekunlarına görə, Türkiyədə inflyasiya səviyyəsi 4,84 faiz təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstəricidən (5,03 faiz) və 2024-cü ilin yanvar ayındakı göstəricidən (6,70 faiz) aşağıdır.

İllik inflyasiya səviyyəsi 30,65 faiz olub.

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek TÜİK-in göstəricilərini şərh edərək bildirib ki, inflyasiyanın artmasına təsir göstərən amillərin təsiri məhdudlaşdırılacaq.

“Qiymət sabitliyinin təmin edilməsi istiqamətində hökumət qətiyyətli addımlar atmağa davam edəcək, ölkədə təkliflərin artımını bundan sonra da stimullaşdıracaq”, – deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM