satellite   Azerspace-1: 11135 H 30000

Makron Putinlə dialoqa hazırlıq barədə məlumat verib

Makron Putinlə dialoqa hazırlıq barədə məlumat verib

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlar hazırlıq mərhələsindədir və faydalı ola bilər.

NTV TF1-ə istinadən xəbər verir ki, o, bunu Yuxarı Sona departamentində kənd təsərrüfatı müəssisəsinə səfəri zamanı bildirib.

"Buna hazırlıq üçün texniki səviyyədə müzakirələr aparılır", - Makron bildirib.

Onun sözlərinə görə, proses şəffaf şəkildə, Ukrayna Prezidenti Volodimir Zelenski və əsas Avropa tərəfdaşları ilə koordinasiya olunaraq keçir.

Eyni zamanda Makron vurğulayıb ki, yaxın həftələrdə Rusiyanın sülh bağlamağa hazır olduğunu düşünmür.

Xatırladaq ki, dekabrda Makron Rusiya ilə dialoqun mümkün bərpası barədə qeyd etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM