satellite   Azerspace-1: 11135 H 30000

İtaliyanın Apuliya sahillərində qədim Roma gəmisinin qalıqları aşkarlanıb

İtaliyanın Apuliya sahillərində qədim Roma gəmisinin qalıqları aşkarlanıb

İtaliyanın maliyyə polisi Apuliya sahilləri yaxınlığında, İon dənizinin dərinliklərində qədim Roma dövrünə aid iri bir gəminin qalıqlarını aşkar edib.

NTV İtaliyanın ANSA informasiya agentliyinə istinadla xəbər verir ki, amforalarla yüklü olan gəmi qalıqları 2025-ci ilin iyun ayında aparılan yoxlama zamanı müəyyən edilsə də, məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.

Maliyyə polisi bildirib ki, mühüm sualtı arxeoloji ərazinin qorunması məqsədilə kəşflə bağlı məlumatlar uzun müddət məxfi saxlanılıb. Bu addım mümkün talan hallarının qarşısını almaq və ərazidə mövcud olan arxeoloji məlumatların qorunması üçün atılıb.

Qurumun açıqlamasında qeyd olunub ki, ən uyğun müdaxilə strategiyası hazırlanılanadək bütün tərəflər tapıntı ilə bağlı maksimum məxfiliyin qorunması barədə razılığa gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM