satellite   Azerspace-1: 11135 H 30000

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır

Avropa ölkələri Ukraynanın hava hücumundan müdafiəsi üçün bütün raketlərinin 90 faizini ABŞ-dan alır və PURL proqramı çərçivəsində Kiyevə tədarük edir.

NTV xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ukrayna Ali Radasında çıxışı zamanı bildirib. Onun çıxışı Ukrayna parlamentinin rəsmi “YouTube” kanalında yayımlanıb.

“Biz PURL proqramı vasitəsilə Ukraynaya milyardlarla dollar hərbi yardım ayırmışıq. Ukrayna üçün bütün hava hücumundan müdafiə raketlərinin 90 faizi bu proqram çərçivəsində təmin edilir”, - deyə Rütte vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu hərbi təchizatlar və Ukrayna ordusunun hazırlığı Visbadendəki NATO komandanlığı tərəfindən koordinasiya olunur.

NATO-nun Baş katibi söz verib ki, blok Kiyevin hərbi səylərini intensiv şəkildə dəstəkləməyə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM