satellite   Azerspace-1: 11135 H 30000

Danimarka hərbi kəşfiyyatı Haker Akademiyasına qəbulu bərpa edib

Danimarka hərbi kəşfiyyatı Haker Akademiyasına qəbulu bərpa edib

Danimarkanın Hərbi Kəşfiyyat Xidməti altı ildən sonra ilk dəfə olaraq Haker Akademiyasına namizədlərin seçim prosesinin başlandığını elan edib.

NTV  xəbər verir ki, bu barədə müvafiq elan ölkənin rəsmi mətbuatında yerləşdirilib. Məlumata görə, avqustun 3-də başlayacaq intensiv təlim kursu təxminən beş ay davam edəcək. Danimarka Hərbi Kəşfiyyat Xidməti təlim proqramının kiber təhlükələrə uyğunlaşdırıldığını açıqlayıb. Akademiyaya qəbul üçün əsas tələblərə spesifik düşüncə tərzi, öyrənmə qabiliyyəti və komanda işi bacarıqları daxildir. Məzunlar Danimarkanın maraqları naminə digər ölkələrin kompüter şəbəkələrinə müdaxilə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM