satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 57 nəfər deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 57 nəfər deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti son bir neçə gün ərzində ölkədən 57 xarici vətəndaşı deportasiya edib.

NTV Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə DİN-in məlumatında bildirilib.

Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları ölkədən deportasiya edilib.

"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilmiş şəxslərə ölkəyə giriş qadağan olunub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu ilin yanvar ayında Gürcüstandan 232 xarici vətəndaş deportasiya edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM