satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İsrail turist axınının artması fonunda uçuşların sayını iki dəfə artırmaq istəyir

Azərbaycan və İsrail turist axınının artması fonunda uçuşların sayını iki dəfə artırmaq istəyir

İsrailin Ben-Qurion hava limanından Bakıya həftəlik reyslər sayının 14-dən 28-ə çatdırılması planlaşdırılır.

NTV "The Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit bildirib.

O qeyd edib ki, bu, israilli turistlərin Azərbaycana marağının kəskin artımı fonunda baş verəcək.

F.Zenqstşmitin sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı 2024-cü illə müqayisədə 139 % artıb.

Nəşr öz növbəsində qeyd edib ki, ötən il onlar Azərbaycana səfərlərə təxminən 184 milyon şekel (59 milyon ABŞ dolları) xərcləyiblər ki, bu da əvvəlki illə müqayisədə 81 % çoxdur. Bu, Azərbaycanın bütün xarici qonaqları arasında turizm xərclərinin ən yüksək artımıdır.

İsraillilər 2025-ci ildə Bakıya gələn xarici turistlər arasında ilk 10-luğa daxil olub.

"Bakı mədəni irs və müasir infrastrukturun birləşməsi, həmçinin Xəzər dənizi sahilində yerləşməsi sayəsində əsas cəlbedici mərkəz olaraq qalır. Azərbaycanın 2022-ci ildə Təl-Əvivdə ilk turizm ofisini açmasından sonra turizmin inkişaf tempi kəskin artıb", - "The Jerusalem Post" vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM